DSX ilə Bolqarıstan DİN arasında əməkdaşlıq haqqında saziş imzalanıb


10:10     22 Noyabr 2019 19_11_22_1574403069.jpg

Noyabrın 21-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycanda səfərdə olan Bolqarıstanın Daxili İşlər naziri Mladen Marinovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.



DSX-nın mətbuat mərkəzindən Femida.az-a verilən məlumata görə, DSX-nın Aparatında təntənəli mərasimlə qarşılanan Bolqarıstanın Daxili İşlər Naziri rəsmi protokola uyğun olaraq “Fəxri qonaq kitabı”nda ürək sözlərini yazıb.

Geniş tərkibdə keçirilmiş görüşdə DSX-nın rəisi tərəfindən Azərbaycanın dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərin qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub, transsərhəd cinayətkarlıqla mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.

Açar sözlər:

Oxunub: 460