"Qanunsuz verilən torpaq sahələri geri qaytarılıb" - Nazir


10:15     22 Noyabr 2019 fikret%20m6.jpg

"Bu il 67 mindən çox bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, 1952 aktın qanunamüvafiq olmadığı müəyyən edilərək onlar ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilən torpaq sahələri geri qaytarılıb".


Femida.az-ın xəbərinə görə, bunu Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov bildirib.

O bildirib ki, bələdiyyələr tərəfindən yol verilən cinayət xarakterli pozuntularla bağlı 24 fakt üzrə materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib:

"Bununla yanaşı, bələdiyyələrə 9000-ə yaxın tövsiyə verilib, 25 metodik vəsait hazırlanıb, 8300-ə yaxın bələdiyyə üzvü və qulluqçusu maarifçilik tədbirlərinə, o cümlədən Ədliyyə Akademiyasında təşkil edilmiş kurslara cəlb olunub".

Femida.az

Açar sözlər:

Oxunub: 1365