Qadınlara qarşı zorakılıqla bağlı xüsusi arayış hazırlanıb


12:13     22 Noyabr 2019 qadin%20zorakiligi.jpg

“Qadınlara qarşı zorakılıqla bağlı xüsusi arayış hazırlamışıq”.

Femida.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Komitə sədri bildirib ki, bu problemlər bir günün ərzində olmur: “Bundan əvvəl qadına qarşı zorakılıq hallarını ailədə bilirlər. Ona görə də aidiyyatı qurumlar reaksiya verməlidir. Vaxtında qadına dəstək verilsə, belə hallar olmaz. Bu gün əsas problemlərdən biri də sığınacaqların olmamasıdır. Bizdə sığınacaqlar yoxdur ki, zəruri halda uşaqları yerləşdirək. Hansısa müddətdə o uşaqlar sığınacaqlarda yerləşdirilə bilər, onlara sosial işçilər, psixoloqlar dəstək verə bilər. Dünya ölkələrində belə sığınacaqlar bələdiyyələr tərəfindən yaradılıb”

Femida.az

Açar sözlər:

Oxunub: 517