Mal-qaranı asfalt yolla ötürmək qadağandır — Yol hərəkəti haqqında bilməli olduqlarımız


12:42     22 Noyabr 2019 2019/11/422213897_1574411925.jpg

Mətbuatda tez-tez mal-qaranın qəzalara səbəb olması və nəticəsədə hətta insan həyatına son qoyulması xəbərinə də rast gəlirik.


Qəzaların əksəriyyətinin araşdırlması zamanı məlum olur ki, çox vaxt qəzaya səbəb mal-qaranın gözlənilmədən yola çıxmasıdır. Belə olan halda sürücü çıxılmaz vəziyyətə düşərək avtomobili qəzadan qaçıra bilmir. Bununla bağlı saytımıza son ayda bir sıra şikayət də daxil olub.

Bəs burada tərəflərin hansı məsuliyyəti var?

Femida.az xəbər verir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununda bununla bağlı xüsusi maddə var.Sözügedən Qanunun 39-cu maddəsində mal-qara ötürənlərin vəzifələri əks olunub.

Qanuna görə sakinlər mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər;

İkincisi, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər;




üçüncüsü, mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməlidirlər.

Bildiyimiz kimi regionlarda kənd təsərrüfatı işlərində at arabalarından və digər qoşqu vasitələrindən istifadə olunur. Təhülkəsizlik qaydalarına əməl etmədikdə qəzalar qaçılmaz olur.

Qanuna görə, at arabalarının (kirşələrin), yük və minik heyvanlarının yalnız yolun sağ kənar zolağından mümkün qədər sağ tərəfdə bir cərgədə hərəkətlərinə icazə verilir. Piyadalar üçün maneə yaratmamaq şərtilə onların yol çiyni ilə də hərəkət etmələri mümkündür.

Yola bitişik ərazidən və ya ikinci dərəcəli yoldan çıxan zaman görünmə məhdud olan yerdə at arabasının (kirşənin) sürücüsü heyvanı cilovundan tutaraq əsas yola çıxarmalıdır.

Ötməni asanlaşdırmaq üçün yük və minik heyvanları sürülərə, at arabaları (kirşələr) isə sayı 5-dən çox olmayan dəstələrə bölünməlidirlər, bu dəstə və sürülər arasındakı məsafə ən azı 80-100 metr olmalıdır.

Mal-qaranı yolda sutkanın işıqlı vaxtı və nazarət etməklə ötürmək lazımdır. Mal-qara ötürənlər mal-qaranı yolun mümkün qədər sağ kənarı ilə ötürməlidirlər.

Mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov mətbuata açıqlamasında bildirib ki, iri və xırdabuynuzlu heyvanları nəzarətsiz qoymaq, beton örtüklü yollarla ötürmək, at arabası ilə gecənin qaranlığında yola çıxılması kimi hallar inzibati xəta hesab olunur:

"Təbii ki, bu, xoşagələn hal deyil ki, yollarımızda belə hallar yaşanır və zəruri təhlükəsizlik tədbirləri görülməsinə baxmayaraq, avtomagistral yollarda heyvanların aparılması və keçirilməsi baş verir. İnzibati Xətalar Məcəlləsinə (İXM) nəzər salsaq, 338.5.5 maddələri bilavasitə mal-qara ilə bağlı olan davranışı müəyyən edir və konkret qaydalar var. Bu maddənin pozulmasında cərimə tətbiq olunur".

Ekspertin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə monitorinqlər keçirilib: "Mal-qaranı otaran şəxsin bir qayda olaraq, bu qaydalardan məlumatı olmalıdır. Zaman-zaman monitorinqlər aparırıq. Və belə qənaətə gəlirik ki, sığırçılar elə zənn edirlər ki, mal-qaranı yolun kənarı ilə aparmaq olar. Onlar elə bilirlər ki, bu, düzgündür.



Hazırladı: Miri Məcidli
Femida.az

Açar sözlər: #hüquqi_yardım   #Yol_Hərəkət_Qaydaları   #Xəbərlər   #Femida   #Qanunlar  

Oxunub: 1795