2 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı - Nazirlikdən açıqlama


13:17     22 Noyabr 2019 Daxili-Ishler-Nazirliyi.jpg

Daxili İşlər Nazirliyi Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.


DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, noyabrın 21-də saat 6 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakinləri İ.Abdullayevin və M.Kazımovun idarə etdikləri “Mercedes” markalı 2 avtomobil toqquşub.

Nəticədə İ.Abdullayevin sərnişinləri - paytaxt sakinləri Surxay Abbasov və Kifayət Məmmədova hadisə yerində ölüb, özü və digər sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 487