"Qadınların 16 faizi analıq məzuniyyəti hüququndan istifadə edir" - Fazil Mustafa


13:59     22 Noyabr 2019 19_11_22_1574416893.jpg


"Azərbaycanda analıq məzuniyyəti almalı olan hər 7 qadından biri analıq məzuniyyəti alır".


Femida.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa “Gender əsaslı Bələdiyyə Akademiyası”nın açılış mərasimində çıxış edən zaman deyib.

Onun sözlərinə görə, bu gün analıq məzuniyyəti almalı olan qadınların yalnız 16 faizi analıq məzuniyyəti alır:

"Qadınların qalan 84 faizi bu məzuniyyəti almaq imkanına malik deyillər. Çünki onlar ya işsiz olurlar, yaxud da gizli işsizlik adı ilə hansısa sferada çalışırlar. Ona görə də bu məsələni həll etmək mümkün olmur. Amma Rusiyada bu rəqəm 80, Ukraynada 100 faizdir. Bu ölkələrdə bu hüquqların tanınması ona görə mümkün olur ki, qadınlar fəaldırlar, öz hüquqlarını tələb edirlər".

Femida.az

Açar sözlər: #qadın   #hüquq   #femida  

Oxunub: 2904