Milli Məclisdə 18 məsələyə baxılacaq
15:29 22 Noyabr 2019
Milli Məclisin noyabrın 25-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.
İclasın gündəliyinə 18 məsələ daxil edilib.
İclasda 2020-ci ilin büdcə zərfinə daxil olan sənədlər II oxunuşda müzakirəyə çıxarılacaq. Bunlar "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələridir.
Həmçinin, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “İnzibati icraat haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar və s qanunlara dəyişiklik layihələri II oxunuşda müzakirəyə çıxarılacaq.
Oxunub: 546
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Azərbaycana gəlir
- Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən şəxs məlum olub
- Aİ Rusiyanın Milli Hesablaşma Depozitarisinə qarşı sanksiya tətbiq edib
- Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosunun rəisini təqaüdə göndərib
- Azərbaycanda Milli Müdafiə Universiteti yaradılıb - RƏSMİ
- Ukrayna Milli Qvardiyasının canlı qüvvə itkisinin sayı ilk dəfə açıqlanıb
- Ukrayna millisinin sabiq üzvü müharibədə həlak olub
- Putin Milli Qvardiya Qoşunlarının əməliyyatlarını qiymətləndirib
- Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb