Şadlıq sarayından oğurluq edən şəxs tutuldu


15:37     22 Noyabr 2019 2019/11/78664396_2394660557417910_7876669192764653568_o_1574422717.jpg


Binəqədidə yerləşən şadlıq saraylarından birinin mühafizəçi otağından oğurluq edilib.


Femida.az xəbər verir ki, Binəqədi rayonunda yerləşən şadlıq saraylarından birinin mühafizəçi otağından oğurluq edilib. Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə müraciət edən obyektin mühafizəçisi orada olan seyfdən 5000 ABŞ dolları və 2020 manatın naməlum şəraitdə oğurlandığı bildirib. Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi və Hacıqabul RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Saatlı rayon sakini Eldəniz Şükürov Hacıqabul rayonu ərazisində saxlanılıb və o, ifadəsində etdiyi cinayəti etiraf edib.

Faktla bağlı 7-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar vasra ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.



Femida.az

Açar sözlər: #polis   #DİN   #oğurluq  

Oxunub: 591