Məşhur rejissorun vəziyyəti ağırlaşdı
22:33 22 Noyabr 2015
Ötən gün xəstəxanaya yerləşdirilən tanınmış kinorejissor Eldar Ryazanovun vəziyyəti ağırlaşıb.
Rejissor şənbə günü - noyabrın 21-də Moskvanın mərkəzi klinik xəstəxanalarından birinə yerləşdirilib.
Eldar Ryazanovun yaxınları Rusiya mətbuatına danışarkən deyiblər ki, kinorejissor xəstəxanaya müayinə üçün yerləşdirilsə də, həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.
Qeyd edək ki, Eldar Ryazanov daha əvvəl də səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. O, evində olarkən özünü pis hiss edib və xəstəxanaya aparılıb. Məlum olub ki, kinorejissor infarkt keçirib. Bundan başqa müayinə zamanı onun ciyərlərində şiş də aşkarlanıb.
88 yaşlı Eldar Ryazanov 20-yə yaxın filmin müəllifidir. Onlardan ən məşhurları "Karnaval gecəsi", "Qusar balladası", "Avtomobildən qorun", "İşdə məhəbbət macərası", "Qaraj", "Qəribə təsadüf və ya həmişə təmizlikdə", "İki nəfərlik vağzal" filmləridir. Noyabrın 18-də kinorejissorun 88 yaşı tamam olacaq. (Ans)
Oxunub: 973
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- "Ustayam, "tiktok"da məşhurlaşmaq üçün o videonu paylaşmışam"
- Məşhur şahmatçı Sumqayıt Olimpiya Kompleksinə direktor təyin olunub
- Məşhur restoran Vasif Məhərrəmlini məhkəməyə verdi
- Məşhur müğənnimiz vəfat etdi
- Azərbaycanlı məşhur kriminal avtoritet öldürüldü
- Dünyaca məşhur azərbaycanlı musiqiçinin qızı Moskvada xəstəxanaya yerləşdirilib
- Bakıda məşhur şadlıq saraylarında qanun pozuntuları aşkarlanıb
- Rusiyanın məşhur aktyoru koronavirusdan vəfat edib
- Bakıda məşhur şirkətdə təmir işləri aparan usta partlayış nəticəsində ölüb