Xaricdə nikaha girən Azərbaycan vətəndaşı öz ölkəsində boşana bilərmi?


18:32     22 Noyabr 2019 19_11_22_1574425108.jpg


Son zamanlar xarici ölkələrdə nikaha girən Azərbaycan vətəndaşlarının sayında artım müşahidə olunur. Bu baxımdan Türkiyə ön sıradadır. Qardaş ölkədə nikaha girib sonradan boşananların da sayı az deyil. Bəs görəsən nikahı Türkiyədə olan Azərbaycan vətəndaşı öz ölkəsində boşana bilərmi?


Femida.az xəbər verir ki, Azərbaycandan kənarda Azərbaycan vətəndaşları ilə əcnəbilər, eləcə də Azərbaycan vətəndaşları arasında bağlanan nikahın Azərbaycanda pozulması mümkündür.

Bu məsələnin həlli Ailə Məcəlləsində öz əksini tapıb. Həmin məcəlləyə əsasən, Azərbaycandan kənarda Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında, eləcə də Azərbaycan vətəndaşları arasında bağlanan nikahın Azərbaycanda pozulması yerli qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

Belə ki, Azərbaycandan kənarda yaşayan Azərbaycan vətəndaşı ölkədən kənarda yaşayan əri (arvadı) ilə bağladığı nikahı onun vətəndaşlığından asılı olmayaraq Azərbaycan məhkəmələrində poza bilər:

“Nikahın müvafiq icra hakimiyyəti orqanında pozulmasına Azərbaycan qanunvericiliyi ilə yol verilirsə, həmin nikah Azərbaycanın diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində pozula bilər”.

Açar sözlər:

Oxunub: 935