"Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik" - Britaniya səfiri


19:04     22 Noyabr 2019 19_11_22_1574426498.jpg


“Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”.

Bunu Tərtərdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp deyib.

Onun sözlərinə görə, Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını dəstəkləyir.

“ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həlli ilə bağlı ölkələr arasında danışıqlar aparılır. Amma bu müddət ərzində müharibədən əziyyət çəkən insanlara köməklik göstərmək istəyirik. Bu səbəbdən də Təlim və Resurs Mərkəzlərini məcburi köçkün icmaları üçün açırıq. Çünki onların buna daha çox ehtiyacı var. Biz bu yerlərə səfər edərək həm də Azərbaycan dövlətinin məcburi köçkünlərə yaratdıqları şəraitlə tanış oluruq. Böyük Britaniya hökumətinin əsas marağı Azərbaycanın firavan və gözəl inkişafına dəstək olmaqdır”, - deyə səfir vurğulayıb.

Femida.az

Açar sözlər: #Britaniya   #səfir  

Oxunub: 202