Rəhbər dövlət qulluğu vəzifələrində çalışmaq istəyənlərin NƏZƏRİNƏ - İmtahan keçiriləcək


16:48     22 Noyabr 2019 dovlet%20qullugu.png


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 24 noyabr 2019-cu il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.


DİM-dən Femida.az-a verilən məlumata görə, imtahana qeydiyyat oktyabrın 25-dən noyabrın 22-si saat 16.00-dək aparılıb və bu müddət ərzində 81 namizəd qeydiyyatdan keçib. İmtahan saat 10.00-da başlayacaq və 3 saat davam edəcək.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Femida.az

Açar sözlər: #dövlət_qulluğu  

Oxunub: 462