Bu il 100-dən çox hakimə irad məktubu göndərilib


17:10     22 Noyabr 2019 19_11_22_1574426982.jpg

"Bu il həm ədliyyə, həm də məhkəmə orqanları üçün çox əlamətdar il olub. Cənab Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli Fərmanı ilə məhkəmə və hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı çoxsaylı tədbirlər nəzərdə tutulub.

Bu tədbirlər çərçivəsində artıq müəyyən işlər görülür. Sabah məhkəmələrə yeni verilmiş 200 hakim ştatının komplektləşdirilməsi ilə bağlı hakimliyə namizədlərlə test imtahanı keçirəcəyik. Bundan əvvəl də imtahan keçirilmişdi. Bu il ərzində artıq həmin namizədlərlə şifahi imtahanlar başlayıb və bu proses davamlı xarakter alıb. Ümid edirən ki, bu işlər nəticəsində həm ədliyyə, həm də məhkəmə orqanlarında bu islahatların real bəhrəsi qısa müddət ərzində görüləcək".

Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məhkəmə-Hüquq Şurası aparatının rəhbəri Cavid Hüseynov deyib.

O bildirib ki, il ərzində hakimlərlə bağlı çoxsaylı müraciətlər daxil olub: "Bu müraciətlər yerində araşdırılır. Qeyd etmək istərdim ki, bəzi hakimlərlə barəsində daxil olan müraciətlərin araşdırılması nəticəsində il ərzində yol verilmiş pozuntularla bağlı 100-dən çox hakimə irad məktubları göndərilib. Eyni zamanda, 40-dan artıq hakim barəsində intizam icraatlarına baxılıb və bu proses davam edir. Bu proseslə yanaşı, yeni nəsil gənc hakim korpusunun formalaşdırılması işi də davam edir. Yol verdiyi pozuntulara görə il ərzində iki hakim vəzifəsindən azad edilib".

Açar sözlər:

Oxunub: 581