Narkotik və psixotrop maddə keçirmək istəyən şəxs saxlanıldı


16:58     22 Noyabr 2019 19_11_22_1574427634.jpg


Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat idarəsinə daxil olan əməliyyat məlumatı əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.


Komitədən Femida.az-a verilən məlumata görə, Şəxsi yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmayıb.

Daha sonra daxili orqanında narkotik vasitə gizlətdiyi ehtimal edilən vətəndaş Astara Mərkəzi Rayon Xəstəxanasına aparılıb və rentgen müayinəsindən keçirilib. Müayinə zamanı onun düz bağırsağında gömrük nəzarətindən gizlədilən 2 ədəd bağlamada və 3 ədəd bükümdə ümumi çəkisi 103 qram olan narkotik vasitə-tiryək, 8 qram olam narkotik vasitə-marixuana, 5 qram olan psixotrop maddə-metamfetamin, 11 ədəd üzərində "F/M 40" nişanəsi olan metadon adlı həb aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Astara   #gömrük  

Oxunub: 450