İşğal altındakı ərazilər riskli bölgələr siyahısında


19:37     22 Noyabr 2019 19_11_22_1574428079.jpg


“International SOS” səhiyyə və təhlükəsiz səyahət xidməti illik səyahət riskləri xəritəsini yayımlayıb.


Xəritədə Azərbaycan Qərbi Avropa ölkələri ilə birlikdə səyahət üçün az riskli ölkələr sırasında açıq sarı rəngdə təqdim edilib.

Təşkilatın məlumatında bildirilib ki, Azərbaycanın da aid edildiyi kateqoriyada olan ölkələrdə tibbi xidmətlərə çıxış asandır, qida məhsulları və su ilə yayılan xəstəliklərin riski aşağıdır.

Təşkilat Ermənistanın işğalı altındakı Dağlıq Qarabağ və ətraf əraziləri səyahət üçün riskli bölgələr siyahısına daxil edib.

Xəritədə səyahət üçün ən təhlükəsiz ölkələr Danimarka, Finlandiya, İslandiya, Norveç, Sloveniya və Lüksemburq, ən təhlükəli ölkələr isə Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Somali və Suriyadır.

Femida.az

Açar sözlər: #Qarabağ   #işğal  

Oxunub: 550