Rusiya telekanalları Mehriban Əliyevanın səfərindən reportajlar yayımlayıb


21:09     22 Noyabr 2019 2019/11/BE8CBE05-5D47-4ACF-B92D-894C428F5DB6_1574442682.jpeg

Rusiya telekanalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu ölkəyə rəsmi səfəri barədə reportajlar yayımlayıb.

Rusiyanın Birinci kanalında yayımlanan süjetdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın səfər proqramının zəngin olduğu vurğulanıb. Qeyd edilib ki, Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Prezidentinin salamlarını və ən xoş arzularını Rusiya Hökumətinin Sədri Dmitri Medvedevə çatdırıb.

Vurğulanıb ki, Birinci vitse-prezident X Rusiya-Azərbaycan Regionlararası Forumunda və Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun açılışında iştirak edəcək. Pavilyon kompleksin 80 illiyi münasibətilə yenidən bərpa edilib.

“Rossiya-24” telekanalında yayımlanan reportajda bildirilib ki, Dmitri Medvedevin Mehriban Əliyeva ilə görüşündə iki ölkə arasında ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub.

“Rossiya-1” kanalında yayımlanan reportajda da görüş barədə geniş məlumat verilib.

Həmçinin Azərbaycanın Birinci vitse-prezidentinin rəsmi səfər çərçivəsində “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə də tanış olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyeva artıq 17 ildir Azərbaycanda Gimnastika Federasiyasının prezidentidir. (AzərTAc)


Femida.az

Açar sözlər:

Oxunub: 253