İşçilərin bu hüququ da var: Sığortanı etdirməyən işəgötürənlər cərimə ediləcək (VİDEO)
09:23 23 Noyabr 2019
Xidməti müqavilə ilə işləyənlər adətən icbari sığorta olunmadığından istehsalatda baş verən bədbəxt hadislər və ya iş zamanı yaranan xəstəliklərə görə işçilərlə, işəgötürənlər arasında tez-tez mübahisə yaşanırdı. Bütün bu mübahisələrə son qoymaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra ediləcək yeni sistemlə artıq ölkəmizdə icbari sığortası olmayan xidməti işçi qalmayacaq.
Femida.az -ın məlumatına görə, yeniliyə əsasən vətəndaşa ödənişi sığorta şirkəti verəcək. Bu müqavilərlə bağlı məlumatların onlayn rejimdə İcbari Sığorta Bürosuna ötürülməsi ilə mümkün olacaq. Sığortanı etdirməyən işəgötürənlər isə cərimə ediləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli hesab edir ki, yeniliyin tətbiqi ilə xidməti müqavilə ilə işləyənlərin 95 faizi sığorta ilə əhatə olunacaq. Məqsəd isə vətəndaşa dəyən ziyanın maneəsiz ödənişini təmin etməkdir.
Qeyd edək ki, xidməti müqavilərlə bağlı məlumatın İcbari Sığorta Bürosuna göndərilməsi üçün sistemin 2 ay ərzində istifadəyə veriləcəyi gözlənilir.
Daha ətraflı videomaterialı təqdim edirik:
Oxunub: 1413
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"