İki rayonda yanğın olub


10:32     23 Noyabr 2019 yangin_38673636.jpg

Hacıqabul rayonunun Talış kəndində ümumi sahəsi 50 m² olan taxta konstruksiyalardan ibarət nasosxana 30 m² sahədə və 4 p.m elektrik kabeli yanıb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, nasosxananın qalan hissəsi və içərisindəki nasoslar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə Xaçmaz rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 63 m² sahədə və evə bitişik ümumi sahəsi 15 m² olan köməkçi tikili yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 424