Şəmkirdə evi yardılar


11:41     23 Noyabr 2019 ogurluq.jpg

Şəmkirdə oğurluq hadisəsi baş verib.

Hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Nəcibə Şərifovanın evindən qızıl-zinət əşyaları və 200 manat məbləğində pul oğurlanıb.

Hadisə baş verən gün evdə heç kim olmayıb. Ailə üzvləri evlərinin qarət olunmasından bir neçə gün sonra xəbər tutublar.

Şəmkir Rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 455