Xızıda yağan qar turistləri çətin vəziyyətə saldı - Polislər xilas etdi
11:50 23 Noyabr 2019
Dünən Xızı rayon ərazisinə yağan qar nəticəsində Rusiya Federasiyasından ölkəmizə istirahətə gələn turistlər çətinliklərlə üzləşiblər.
Daxili İşlər Nazirliyindən (DİN) Femida.az -a verilən məlumata görə, “Hyundai” markalı avtomobilin sürücüsü qarlı yolda idarəetməni itirib. Nəticədə həmin nəqliyyat vasitəsi yol kənarına sürüşüb, maşında olan sürücü və sərnişinlər gecə vaxtı, şaxtalı havada köməksiz vəziyyətdə qalıblar.
Hadisə ilə bağlı məlumat alan Xızı Rayon Polis Şöbəsinin əməkdaşları dərhal turistlərə köməklik ediblər. Avtomobil oradan çıxarılıb, sürücü və sərnişinlərə ilkin tibbi yardım göstərilib. Sürücü və sərnişinlər onları çətin durumdan xilas etdiyinə görə Azərbaycan polisinə minnətdarlığını bildirib.
Femida.az
Oxunub: 873
Oxşar xəbərlər
- 34 nəfər şübhəli saxlanıldı – Cinayətlərin günlük statistikası
- Polis sənədləri olmayan silahlar aşkarladı
- İki günün cinayət statistikası - 47 nəfər saxlanılıb
- DİN avtobus qəzası ilə bağlı məlumat yaydı
- Keçmiş məhkum 14 kq narkotiklə tutuldu
- "KamAZ"la piyadanı vurub hadisə yerindən qaçdı
- Bakıda mənzilə basqın - EV SAHİBİNİN ƏL-AYAĞINI BAĞLAYIB...
- 7 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb
- Ər qəza törətdi, arvadı öldü
- Mübariz Qurbanlı fransız yazıçısı ilə görüşüb