Şirvan sakinini bıçaqlayan şəxs saxlanılıb


13:31     24 Noyabr 2019 polis.jpg



Şirvanda bərbərxanada bıçaqlanma hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, ötən gün Şirvan sakini, 1971-ci il təvəllüdlü Hüseynov Mehdi Habil oğlu Şirvan şəhəri İ.Qayıbov küçəsində yerləşən bərbərxanada həmyerlisi tərəfindən münaqişə zəminində bıçaqlanıb.

O, ürək nahiyəsini və döş qəfəsini dəlib keçən yaralarla Şirvan Şəhər Mərkəzi xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.

Şirvan Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədərək hadisə yerindən qaçan Şirvan sakini, 1988-ci il təvəllüdlü Qasımov Şamil Aslan oğlu şübhəli şəxs qismində saxlanılıb və istintaqa təhvil verilib. Onun barəsində Şirvan şəhər məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 494