Azərbaycan-Rusiya sərhədində “Sərhəd-sipər” əməliyyatı yekunlaşıb
14:14 24 Noyabr 2019
Azərbaycan-Rusiya sərhədində keçirilən “Sərhəd-sipər” əməliyyatı yekunlaşıb.
Femida.az-ın verdiyi məlumata görə, bir həftə davam edən əməliyyat bu gün başa çatıb.
Bu barədə APA-nın yerli bürosuna hüquq-mühafizə orqanlardan məlumat verilib.
Qeyd edək ki, əməliyyatlar Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən keçirilib.
Əməliyyatlarla əlaqədar Rusiya ilə sərhəd rayonlarında polis postları qurulmuşdu. Bir həftə davam edən əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarət olub.
Femida.az
Oxunub: 622
Oxşar xəbərlər
- Azərbaycan-Rusiya Birgə Komissiyasının tərkibi yenilənib
- Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının 2022-ci il üçün iş planı təsdiqlənib
- Azərbaycan-Rusiya sərhədində keçirilən əməliyyatlarda axtarışda olan 69 nəfər tutulub
- Azərbaycan-Rusiya sərhədində “Sərhəd-sipər” əməliyyatı keçirilir
- Azərbaycan-Rusiya biznes forumu keçirilib
- Azərbaycan-Rusiya İşgüzar Şurası toplandı
- Azərbaycan-Rusiya-Türkiyə əməkdaşlıq formatı yaranıb
- Azərbaycan-Rusiya əməkdaşlığı güclənir - Saziş imzalandı
- Azərbaycan-Rusiya sərhədində sıxlıq yaranıb
- Azərbaycan-Rusiya mədəni əlaqələri inkişaf edir