Bakıda binada YANĞIN - 5 nəfər təxliyə edildi


09:42     25 Noyabr 2019 yangin_38673636.jpg

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 3 ədəd elektrik sayğacı, 5 ədəd qoruyucu açar və elektrik kabeli 3 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, yanğın zamanı 5 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Elektrik sayğacının, kabellərin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #Yanğın  

Oxunub: 731