Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərən şəxsləri hansı cəza gözləyir?


10:48     25 Noyabr 2019 2019/11/1572349826_1572346183_hebs_1574664640.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.


Bu dəfə təqdim etdiyimiz mövzu cəmiyyətdə bir çoxlarımızın rastlaşdığı "şantaj", vəzifəli şəxslərə təsir etmək və bu kimi hallarla bağlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə bəndində bununla bağlı açıqlama yer alıb. Bu həmçinin
nüfuz alveri termini ilə Məcəllədə əks olunur.

Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərən şəxsləri hansı cəza gözləyir?

Cinayət Məcəlləsinə görə, şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi altı min manatdan on min manatadək miqdarda cərimə və üç ildən yeddi ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır.

Şəxsə öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin təklif olunması, vəd edilməsi və ya verilməsi – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Hazırladı: Miri Məcidli
Femida.az

Açar sözlər: #hüquq   #xəbərlər   #hadisə   #hüquqi_yardım   #cəzalar   #Cinayət_Məcəlləsi  

Oxunub: 1508