Yasamalda oğurluq - Metronun yanındakı obyekt soyuldu (Fotolar)


11:22     25 Noyabr 2019 ogru%20n9.jpg


Bakıda Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

"Elmlər Akademiyası" metro stansiyasının yaxınlığında, Bəxtiyar Vahabzadə küçəsi 558 ünvanında yerləşən oyun mərkəzinin avadanlıqları oğurlanıb. Bu barədə Femida.az-a obyekti işlədən sahibkar məlumat verib. Onun sözlərinə görə, axşam həmişəki kimi obyekti bağlayıb evə gedib. Səhər mərkəzi açmağa gələndə qıfılın sındırıldığını və qapının zədələndiyini görüb.

Oğrular 10 ədəd playstation aparatı, pul və digər texniki avadanlıqları aparıblar. Artıq məsələ ilə bağlı DİN-in 102 xidmətinə müraciət edilib.







Amin Nəzərli

Femida.az

Açar sözlər: #Yasamal   #oğru  

Oxunub: 615