Səfər Mehdiyev: Nəqliyyat vasitələri və yüklərin fiziki yoxlanışı 70 faiz azalıb


11:37     25 Noyabr 2019 2018/09/sefer-mehdiyev1_1536736794.jpg

Cari ildə gömrük sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələri və yüklərin fiziki yoxlanışı 70 faiz azalıb.


Femida.az xəbər verir ki, bu barədə noyabrın 25-də Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzvləri ilə təşkil edilən görüşdə deyib.

O bildirib ki, risklərin idarəedilməsi mərkəzlərinin yaradılması ilə yük və nəqliyyat vasitələri fiziki yoxlamalara deyil, risklərin qiymətləndirilməsi və təhlili əsasında yoxlanışa cəlb olunur. Bu da ticarətin asanlaşdırılması üçün mühüm əhəmiyyət daşıyır.

Femida.az

Açar sözlər:

Oxunub: 523