Polis əməliyyat keçirdi: Aptek müdiri saxlanılıb


11:43     25 Noyabr 2019 hebs7.jpg

Mingəçevir Şəhər Polis Şöbəsinə şəhərdə fəaliyyət göstərən apteklərdən birində güclü təsiredici dərmanların qanunsuz şəkildə satılması barədə məlumat daxil olub.



Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dərman preparatlarını qanunsuz olaraq satdığı üçün aptekin müdiri Eldəniz Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Aptekə keçirilmiş baxış zamanı oradan 77 ədəd güclü təsiredici xüsusiyyətlərə malik dərman preparatları aşkar olunaraq götürülüb.

Faktla bağlı ŞPŞ-də araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 625