Qalibə Budaqova: "Heç bir partiyanın üzvü deyiləm!"


14:31     25 Noyabr 2019 19_11_25_1574678017.jpg


Bakı Dövlət Universitetinin sabiq əməkdaşı, Bakı şəhəri 23 saylı orta məktəbin sabiq direktoru Qalibə Budaqova bildirib ki, onun adını yeni yaradılan Haqq Ədalət Partiyasının təşkilat komitəsinin üzvü kimi hallandırıblar.


Azərbaycan Respublikası şəhid Milli Qəhrəmanı Tahir Həsənovun anası, Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri Qalibə xanım bununla bağlı açıqlama yayıb:

"Mən Qalibə Budaqova heç bir partiyanın və heç bir partiyanın təşkilat komitəsinin üzvü deyiləm. Mən uzun müddətdir ki, xəstəyəm və müalicə altında olduğum üçün heç evdən belə çıxa bilmirəm! Xahiş edirəm mənim adımı heç bir partiya üzvlüyü ilə hallandırmasınlar!".

Femida.az

Açar sözlər: #Qalibə   #Budaqova  

Oxunub: 708