Naxçıvan MR hökumətə müraciət etdi - 19 milyonu büdcəyə qaytardı
14:39 25 Noyabr 2019
“Gələn il üçün Milli Məclisin xərclərinin 1,9 milyon manat artırılması təklif edilir”.
Femida.az-ın məlumatına görə, bunu parlamentin bu gün keçirilən plenar iclasında, “2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Bundan başqa, onun sözlərinə görə, Naxçıvan MR-dan da hökumətə müraciət daxil olub: “Həmin müraciətə əsasən, bölgənin gəlir potensialının 19 milyon manat artırılması bura dotasiyanın eyni məbləğdə azaldılmasına imkan yaradır. Qənaət edilmiş 19 milyon manatın isə dövlət büdcəsi kəsirinin azaldılmasına yönəldilməsi təklif olunur. Bu zaman muxtar respublikanın büdcəsinin gəlir və xərcləri dəyişməz olaraq 482 milyon manat səviyyəsində qalacaq”.
S.Şərifov həmçinin deyib ki, aparılacaq dəyişiklik nəticəsində 2020-ci ilin icmal büdcəsinin gəlir və xərcləri təqdim olunmuş layihədəki kimi müvafiq olaraq 27,552 milyard manat və 29,488 milyard manat səviyyəsində nəzərdə tutulub: “İcmal büdcənin kəsiri isə 19 milyon azaldılaraq 1,936 milyard manat təşkil edəcək. Dövlət büdcəsinin gəlirləri isə təqdim olunmuş səviyyədə, yəni 24 134,5 millyon manat, xərcləri isə 19 milyon manat azaldılaraq 26 894,7 milyon manat, kəsri isə 19 milyon manat azaldılaraq 1 876 milyon manat təşkil edəcək. Bunları nəzərə alaraq, təqdim olunmuş 2020-ci il dövlət büdcəsi layihəsində düzəlişlərin edilməsinə ehtiyac yaranır. Təklif edirik ki, bu təkliflər qəbul edildiyi təqdirdə qanun layihəsinin 7.1, 7.3, 7.7 və 7.12 maddələrində müvafiq dəyişikliklər əksini tapsın”.
Femida.az
Oxunub: 559
Oxşar xəbərlər
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Naxçıvanla Türkiyə arasında quru sərhədi niyə bağlanıb?
- Naxçıvanda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb
- AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır
- Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin sayı 4-a çatıb - RƏSMİ
- Naxçıvanda gömrükçülər 100 kiloqrama yaxın heroin müsadirə edib
- Azərbaycan və İran arasında Naxçıvanla əlaqə üçün yeni sənəd imzalanıb
- Azərbaycan Ordusu, DTX və FHN Naxçıvanda birgə təlim keçirib
- AZAL Naxçıvana bilet almaq istəyənlərə xəbərdarlıq edib
- Naxçıvana yeni daxili işlər naziri təyin edilib