Azərbaycanda uşağa iki ad vermək qanunla mümkündürmü? - Hüquqi yardım


15:48     25 Noyabr 2019 usaq0.jpg

Bir sıra ölkələrdə vətəndaşlara iki ad daşımağa icazə verilir. Azərbaycanda da övladlarına iki ad vermək istəyən valideynlərin sayı az deyil. Bu, xüsusi ilə dini adlarla bağlıdır. Bəs ölkəmizdə qanunlar vətəndaşlara iki daşımağa icazə verirmi?



Femida.az xəbər verir ki, mövzu ilə əlaqədar münasibət bildirən hüquqşünas Nemət Ağalarov deyib ki, Azərbaycanda qanunlar vətəndaşlara iki adın verilməsini qadağan edir.

Onun sözlərinə görə, bu məsələ iki adın bitişik yazılması ilə həll olunur: “Məsələn, övladına Məhəmməd və Əli adlarını vermək istəyən valideyn arzusuna həmin adları bitişik yazmaqla – Məhəmmədəli- çatmış olur. İki adın bitişik yazılaraq vətəndaşa verilməsində hazırda qanunazidd hal yoxdur”.

Bununla belə, hüquqşünas qeyd edib ki, bu kimi adların bitişik yazılaraq bir ad şəklində təqdim edilməsinin gələcəkdə qadağan edilməsi ilə bağlı təkliflər var:

“Hələlik bu məsələyə baxılır, müzakirə olunur. Gələcəkdə bu cür – Məhəmmədəli, Allahverdi və sair adlar da qadağan edilə bilər”.

N.Ağalarovun diqqətə çatdırıb ki, Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir: “Soyada gəlincə, yenə də valideynlərin razılığı ilə həm ana, həm də ata soyadı verilə bilər”. (e-huquq.az)

Açar sözlər: #hüquqi_yardım   #xəbərlər  

Oxunub: 3733