Azərbaycanda dərman təhlükəsizliyi həftəsi elan edilib
18:01 25 Noyabr 2019
Ümumdünya Səhiyyə Təşkilatının Uppsala Monitorinq Mərkəzi (Uppsala Monitoring Centre) tərəfindən 2019-cu ilin 25-29 noyabr tarixləri #MedSafetyWeek yəni “Dərman təhlükəsizliyi həftəsi” elan edilib.
Səhiyyə Nazirliyindən Femida.az-a verilən məlumata görə, dərman vasitələri üzrə tənzimləyici orqanlar, “dərman vasitələrinin əlavə təsirləri və onların bildirilməsi” mövzusunda beynəlxalq səviyyədə keçirilən maarifləndirici sosial media kampaniyasında iştirak edəcəklər. Bu il keçirilən kampaniya eyni zamanda bir çox dərman vasitələrinin düzgün istifadə edilməsi ilə əlaqədardır və əsas məqsədlərindən biri əlavə təsirlərin bildirilməsinin bir neçə növ dərman qəbul edən pasiyentlərin bu xüsusda təhlükəsizliyinin təmin olunmasında vacib faktor olduğunu ictimaiyyətə mesaj verməkdir.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi bu il keçirilən sosial media kampaniyasında iştirak edəcək və Bildiriş Kartı vasitəsi ilə əlavə təsirlərin bildirilməsinin əhəmiyyətini dəstəkləyəcəkdir. Dərman təhlükəsizliyi həftəsi dünyanın 57 ölkəsində dərman vasitələrinə nəzarət edən səlahiyyətli orqanların birgə təşəbbüsüdür.
Polifarmasiya - eyni vaxtda dörd və ya daha çox reseptli, reseptsiz və ya ənənəvi dərman vasitəsinin istifadə olunmasını nəzərdə tutur. Dərman vasitələri ilə qidalar və ya bitki mənşəli məhsullar arasında olan qarşılıqlı təsirlərdən artan risklər səbəbindən polifarma pasiyentlərdə əlavə təsirlərin yaranma ehtimalını artırır. Yaşlı insanlarda polifarmasiya çox geniş şəkildə müşahidə edilsə də, eyni zamanda müntəzəm olaraq bir çox dərman vasitələrindən istifadə edən hər kəs əlavə təsirlərə məruz qala bilər. Bura uzun müddət davam edən xroniki xəstəliyi olan, mütəmadi olaraq çox sayda dərman vasitəsi qəbul edən pasiyentlər daxildir.
Tədqiqatlar göstərir ki, 75 yaşdan yuxarı insanların üçdə biri ən az altı dərman qəbul edir, bir milyondan çox insan gündə səkkiz və ya daha çox dərman qəbul edir. Bu səbəbdən keçirilən MedSafetyWeek-də şübhəli əlavə təsirləri Bildiriş Kartları vasitəsi ilə bildirərək dərman təhlükəsizliyinə dəstək olmaq hər birimizin borcudur.
Femida.az
Oxunub: 469
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib