Cəlilabad sakini özünü güllələyib - TƏFƏRRÜAT


18:31     25 Noyabr 2019 polis.jpg

Noyabrın 24-də saat 23 radələrində Cəlilabad rayonunun Soyuqbulaq kənd sakini O.Sadıqov evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində ayaq nahiyəsindən xəsarət alıb.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən O.Sadıqovun vəziyyəti orta-ağırdır.

Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-16“ markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 519