Saxta sənədlə sərhədi keçmək istəyən 505 nəfər saxlanılıb
17:40 25 Noyabr 2019
Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, DSX Sərhəd Nəzarətinin vəzifəli şəxslərinin və sərhəd nəzarəti məntəqələrinin rəislərinin iştirakı ilə dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə əlaqədar xidməti müşavirə keçirilib.
Femida.az xəbər verir ki, xidməti müşavirədə general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında görülmüş işlər nəticəsində son illər ərzində xarici ölkələrlə sosial-iqtisadi münasibətlərin inkişafı, qarşılıqlı faydalı ticarət əlaqələrinin genişləndirilməsi və ölkəmizə turizm axının artması ilə əlaqədar dövlət sərhədindən buraxılış məntəqələrindən keçən şəxslərin və nəqliyyat vasitələrinin sayının ciddi artımı şəraitində DSX-nin sərhəd nəzarətinin xidməti fəaliyyətinin daha da gücləndirilməsinin mühüm əhəmiyyət kəsb etməsini qeyd edib.
Belə ki, cari ildə 15 milyon 612 min 117 şəxs (2018-ci il ilə nisbətdə 11% artım) və 1 milyon 960 min 403 nəqliyyat vasitəsi (2018-ci il ilə nisbətdə 12% artım) dövlət sərhədindən buraxılmış, saxta və özgəsinə məxsus sənədlərlə dövlət sərhədindən keçməyə cəhd edən 505 nəfər, axtarışda olduğuna görə 4 min 458 nəfər saxlanılıb.
Femida.az
Oxunub: 947
Oxşar xəbərlər
- Zəngilan Beynəlxalq Hava Limanında sərhəd nəzarətinə hazırlıq görülür
- Vətən müharibəsində şəhid olan və yaralanan sərhədçilərin sayı açıqlanıb
- Azərbaycan MN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"
- Sərhədin Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib
- Ceyhun Bayramov: “Sərhədin delimitasiyası prosesi vaxt aparır”
- MN: "Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində atəş açması yalandır"
- Azərbaycan sərhədini pozan İran vətəndaşları saxlanılıb
- Rusiyanın Ukrayna ilə sərhədyanı şəhərində partlayışda 3 nəfər ölüb
- Naxçıvanla Türkiyə arasında quru sərhədi niyə bağlanıb?
- Türkiyə-Ermənistan quru sərhədinin ən qısa zamanda açılması barədə razılıq əldə edilib