Özünü damdan atmaq istədi - FHN fikrindən daşındırdı


20:59     25 Noyabr 2019 19_11_25_1574701175.jpg

Fövqəladə Hallar Nazirliyi Bakıda intihara cəhdin qarşısının alınması faktı ilə bağlı məlumat yayıb.




Nazirlikdən Femida.az-a verilən məlumatda qeyd olunur ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər 5 mərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Açar sözlər:

Oxunub: 687