Bakıda 6 tələbə qız dəm qazından zəhərlənib - Nazirlikdən açıqlama


09:03     26 Noyabr 2019 tecili-tibbi-yardim-liderxeber-640-sayt.jpg

Xəzər universitetinin 6 tələbəsi zəhərlənib.

Səhiyyə Nazirliyindən Femida.az-a verilən məlumata görə hazırda tələbələr Təcili Tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriblər.

Onların dəm qazından zəhərlənməsi ehtimal edilir.

Qeyd edək ki, Təcili Tibbi yardıma çağırış saat 04:47 də olub. Tələbə qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev pr. 76, mənzil 28-də baş verib.

Həkimlər tələbə qızların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 454