Bakıda həbs olunan pakistanlılar kibercinayətkarlıqda ittiham edilirlər - MƏHKƏMƏ


09:19     26 Noyabr 2019 1398947325_mehkeme.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində Pakistan vətəndaşları 1982-ci il təvəllüdlü Asif Muhammad Anjum və 1985-ci il təvəllüdlü Khani Shah Navazın ABŞ-a təhvil verilməsi üçün Azərbaycanın Ədliyyə Nazirliyinin təqdimatı ilə bağlı məhkəmə prosesi keçirilib.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun nümayəndələri, ABŞ və Pakistanın Bakıdakı səfirliklərinin əməkdaşları da iştirak ediblər.

Təqsirləndirilən Khani Shah Navazının vəkili vəsatət verərək müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Prosesdə Ədliyyə Nazirliyinin nümayəndəsi çıxış edərək bildirib ki, sənədlərdə təqsirləndirilən şəxslərin ABŞ-ın ərazisində olmadıqları məlum olub və onlar texniki vasitəllərlə ABŞ-da kibercinayətkarlıq ediblər.

Ədliyyə Nazirliyinin nümayəndəsi həmçinin hazırda bəzi məsələlərlə bağlı ABŞ-ın Ədliyyə Nazirliyinin danışıqlıqlar apardıqlarını deyib: Bəzi məsələrlə bağlı biz sorğular göndərmişik. Sorğuların cavab alınması təxminən 1 aya yaxın çəkir. Bu səbəbdən məhkəmənin 1 ay təxirə salınmasını xahiş edirik"

Təqsirləndirilən şəxslər məhkəmədə qısa çıxış edərək onları Paktistana təhvil verilmələri xahiş ediblər.

Hakim isə bunun mümkünsüz olduğunu bildirib.

Təqsirləndirilən şəxslərin vəkilləri isə təqdimatın təmin edilməməsi tələb edib və Ədliyyə Nazirliyin nümayəndəsi 1 ay vaxt verilməsi ilə bağlı vəsatətin təmin edilmənəsini istəyiblər.

Prosesdə Ədliyyə Nazirliyinin nümayəndəsinin vəsatəti təmin edilib və proses dekabrın 26-a qədər təxirə salınıb.

Qeyd edək ki, Pakistan vətəndaşları haqqında Amerikanın Nyu-York ştatının Ali Məhkəməsinin qərarı var. Onlar şəxsi məlumatların ələ keçirilməsi, dələduzluq, oğurluq kimi əməlləri törətməkdə ittiham edilirlər.

ABŞ tərəfindən beynəlxalq axtarışa verilən bu şəxslər bir neçə ay əvvəl Azərbaycanda saxlanılıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 595