Polis Göyçayda naqil oğrularını saxladı


10:31     26 Noyabr 2019 19_11_26_1574749944.jpg


MMC-lərdən birinin direktoru Göyçay Rayon Polis Şöbəsinə müraciət edərək 650 metr uzunluğu olan aliminium naqilin naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.



DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu edən şəxslərin Kürdəmir rayon sakinləri A.Abdullayev, Y.Atayev və A.Abdurahmanov olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #polis   #oğru  

Oxunub: 623