Subaylıq arayışı haradan alınır? — HÜQUQİ YARDIM


10:46     26 Noyabr 2019 2019/11/arayis-nikah_1574750772.jpg

Femida.az oxuculara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu subaylıq arayışı anlayışı və onun alınması qaydası ilə bağlıdır. Bir sıra işlərdə tələb olunan sənədlər arasında subaylıq haqqında arayış da var.

Adından da göründüyü kimi subaylıq haqqında arayış vətəndaşın subay olduğunu təsdiq edən sənəddir.

Bəs vətəndaş subaylıq haqqında arayışı haradan əldə edə bilər?

Mövcud qaydalara əsasən subaylıq haqqında arayış vətəndaşın qeydiyyatda olduğu rayonun Qeydiyyat şöbəsindən ala bilər. Bunun üçün vətəndaş qeydiyyat üzrə VVADQ (ZAQS) şöbəsinə müraciət etməli və arayışı həmin şöbədən almalıdır. Bunun üçün ödəniş tələb olunmur.

Əgər, Sizi də maraqlandıran hər hansı bir sual varsa, bizə müraciət edin.

Əlaqə vasitələri: 050 884 39 74

Facebook ünvanı: Femida.az

Hazırladı: Miri Məcidli
Femida.az

Açar sözlər: #subaylıq_kağızı   #nikah_müqaviləsi   #dövlət_rüsumu   #hüquqi_yardım   #hüquq_xəbərləri   #vəkil   #hakim   #məhkəmə   #ZAQS  

Oxunub: 15062


Oxşar xəbərlər