Axtarışda olan 31 nəfər saxlanıldı


11:04     26 Noyabr 2019 hebs_qadin_11111.jpg


2019-cu ilin noyabr ayının 25-dən 26-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.


DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 16 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

Ötən gün respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində 5 nəfər ölüb.

Femida.az

Açar sözlər: #DİN   #polis   #kriminal  

Oxunub: 575