Hansı hallarda əcnəbilərə iş icazəsinin verilməsindən imtina edilir? - HÜQUQİ YARDIM


11:59     26 Noyabr 2019 2019/11/5aec3b54a7f52_slide-1525432463_1574755548.jpg


Femida.az vətəndaşlara hüquqin yardım layihəsini davam etdirir.


Bu dəfə təqdim etdiyimiz mövzu əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsindən imtina halları ilə bağlıdır.


Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 66-cı maddəsinə əsasən aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsindən imtina edilir: -

Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;
- təqdim edilən sənədlər saxta olduqda, onlarda qeyri-dəqiq və ya təhrif olunmuş məlumatlar olduqda;
- işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsi mümkün olduqda;
- işə cəlb olunması nəzərdə tutulan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin 18 yaşı tamam olmadıqda;
- əmək miqrasiyası kvotası dolduqda;
- əcnəbi və vətəndaşlığı olmayan şəxs siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş yoluxucu xəstəliklərin daşıyıcısı olduqda;
- əcnəbi və vətəndaşlığı olmayan şəxs cəlb olunduğu işin yerinə yetirilməsi üçün tələb olunan ixtisasa və ya iş təcrübəsinə malik olmadıqda.


Hazırladı: Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1276