“Türkmanların mövcudluğu təhlükə altındadır“


13:27     23 Noyabr 2015 turkmenlerin-umudu-turkiye.jpg

Suriyaya Vahid Yardım Mərkəzinin rəhbəri Orhan Mohamad bu ölkədəki türkmanların mövcudluğunun təhlükə altında olduğunu bildirib.


Femida.az-ın məlumatına görə, "Anadolu Agentliyi"nə müsahibəsində O.Mohamad bölgənin demoqrafik xəritəsinin dəyişdirilməsinin planlaşdırıldığını qeyd edib.

“Beynəlxalq ictimaiyyətin buna biganə qalmaması lazımdır. Amma biz beynəlxalq ictimaiyyətdən ümidimizi kəsmişik”, - deyə O.Mohamad qeyd edib.

Türkmanların 40 ildir Suriyada təzyiq altında əziyyət çəkdiyini bildirən O.Mohamad hazırda yaşananların dözülməz olduğunu qeyd edib: “Türkmanlardan Vətən torpaqlarını tərk etmələrini tələb edirlər. Mülki əhalinin qorunması lazımdı”.

Qeyd edək ki, Suriyada Əsəd qüvvələri ilə türkman birlikləri arasındakı döyüşlər iki strateji nöqtədə - Qızıldağ və Burj Əl Kasab çevrəsində davam edir. Bu gün də türkman kəndlərinə havadan və qurudan hücumlar davam edib.

Məlumata görə, hücumlar nəticəsində mülki vətəndaşlar, azyaşlılar qətlə yetirilib. Əsəd qüvvələrinin Bayırbucak Türkman bölgəsinə olan hücumları da davam edib.

Açar sözlər:

Oxunub: 959


Oxşar xəbərlər