Polisə bıçaqla hücum edən şəxsə hökm oxunub


14:52     26 Noyabr 2019 hokm1.jpg

Astarada polis əməkdaşına qarşı müqavimətdə, qanunsuz silah gəzdirməkdə təqsirləndirilən Ramil Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Femida.az-ın məlumatına görə, Astara rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən R. Həsənov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il rayonun Nizami küçəsi 22 ünvanında yerləşən Mədəniyyət Mərkəzinin qarşısında baş verib.

R. Həsənov sərxoş vəziyyətdə Astara Rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşı Rəhimov Pünhan Sədayıl oğlu ilə aralarında yaranan mübahisə nəticəsində polisə hücum edib. O, P. Rəhimovun xidməti gödəkcəsini və köynəyini dartıb zədələməklə, üzərində gəzdirdiyi ov bıçağı ilə ona xəsarət yetirməyə cəhd edib.

R. Həsənova Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsi zor tədbiq etmə), 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 554