Vergidən yayınmaqda təqsirləndirilən şirkət rəhbəri barəsində cinayət işi dayandırılıb - QƏRAR


15:09     26 Noyabr 2019 1398947325_mehkeme3.jpg

İmişlidə qanunsuz sahibkarlıqda və vergidən yayınmaqda təqsirləndirilən şirkət rəhbəri Ağamalı İsayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


APA-nın məlumatına görə, İmişli rayon Məhkəməsində keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Ağamalı İsayevin xəstəliyi ilə əlaqədar olaraq barəsində cinayət işi üzrə məhkəmə icraatı təqsirləndirilən şəxs sağalanadək dayandırılıb.

Qərardan narazı qalan prokuror apelyasiya protesti verib.

Şirvan Apelyasiya Məhkəməsində prokurorun verdiyi protest təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, A. İsayev Messenat Holdinqə məxsus «Bəhrəmtəpə Çınqıl» ASC-nin icraçı direktoru vəzifəsində işləyərkən ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərtlərinə qəsdən əməl etməyərək, qanunvericiliyin həmin tələblərini pozaraq hidrotexniki gilsovuran qurğunun istifadəsinin qadağan edilməsinə baxmayaraq yataq ərazisində həmin qurğudan istifadə etməklə 1 milyon 623 min manat dəyərində 295200 kub metr həcmində qum çıxarıb dövlətə və təbiətə xüsusilə külli miqdarda ziyan vurmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

O, həmçinin qazandığı gəlirlərdən 114 min manat vergidən yayınıb.

A. İsayeva Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 213-cü(vergidən yayınmaq), 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham verilib.

Açar sözlər:

Oxunub: 566