Vəkillər bu regiona gedir - Əhaliyə pulsuz hüquqi yardım göstəriləcək


16:01     26 Noyabr 2019 19_11_26_1574769792.jpg


Azərbaycan Respublikası Vəkillər Kollegiyası vətəndaşlara pulsuz hüquqi yardım göstərməyə davam edir.

Femida.az-ın məlumatına görə, 30 noyabr 2019-cu ildə Bakı şəhəri 8 saylı və 10 saylı Vəkil Büroları tərəfindən Quba rayonunda yerləşən Heydər Əliyev Mərkəzində saat 10:00-13:00-da Quba və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstəriləcək.

Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçirilməsi nəzərdə tutulur.

Femida.az

Açar sözlər: #vəkil   #hüquq   #yardım   #femida  

Oxunub: 938