Polislər xəstələr üçün qan verdi


16:43     26 Noyabr 2019 19_11_26_1574771664.jpg

Hemofiliya və talassemiyalı xəstələri qanla təmin etmək üçün respublikada mütəmadi olaraq qanvermə aksiyaları keçirilir.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsində talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası keçirilib.

ŞPŞ-nin şəxsi heyəti qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanitar aksiyaya qoşulublar. Keçirilən aksiyada polis əməkdaşları əvvəlcə həkim nəzarətindən keçiriliblər.

Qeyd edək ki, yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Femida.az

Açar sözlər: #polis  

Oxunub: 593