Avtobuslarda qadınlara qarşı oğurluq edən saxlanıldı


18:47     26 Noyabr 2019 19_11_26_1574773260.jpg

Avtobuslarda oğurluq edən şəxs saxlanılıb.


Femida.az xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş B.Bünyadovun ətrafında əməliyyat tədbirləri davam etdirilib.

Onun cari ilin oktyabr ayında paytaxtın Nizami rayonunun ərazisində xətt avtobusunda Bakı şəhər sakini Ə.Əliyevanın çantasından içərisində 222 manat və sənədlər olan pulqabısını oğurladığı üzə çıxıb.

Bundan başqa, B.Bünyadovun noyabrın 13-də Nərimanov rayonu ərazisində xətt avtobusunda paytaxt sakini İ.Məmmədovanın çantasından içərisində 400 manat və sənədlər olan pulqabısını oğurlaması da müəyyən edilib.

Açar sözlər:

Oxunub: 597