Bakıda qadın piyada yol qəzasının qurbanı oldu


19:20     26 Noyabr 2019 piyada5.jpg

Paytaxtın Nizami rayonunun R.Rüstəmov küçəsində “Mercedes” markalı avtomobillə piyada vurulub.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, noyabrın 25-də saat 14 radələrində paytaxtın Nizami rayonunun R.Rüstəmov küçəsində Bakı şəhər sakini M.Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Güləvər Əhmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 494