Miqrasiya Xidmətinin rəisi işgüzar naharda iştirak edib


17:35     26 Noyabr 2019 2019/11/Capture_1574775425.jpg

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) dəvəti ilə “Miqrasiyada baş verən dəyişikliklər və yeniliklər” mövzusunda işgüzar naharda iştirak edib.

Femida.az-ın məlumatına görə, Xidmət rəisi ATİB üzvləri ilə səmimi mühitdə keçirilən görüşlərin ölkəmizdə “Dövlət-Özəl sektor” arasında dialoqun inkişafına müsbət töhfə verdiyini bildirib.

Vüsal Hüseynov ölkəmizin əcnəbilər üçün turizm, əmək miqrasiyası və investisiya nöqteyi-nəzərindən cəlbediciliyinin artırılmasında miqrasiya qaydalarının sadələşdirilməsi, o cümlədən, əcnəbilər üçün Azərbaycanda iş icazəsi və yaşama icazələrinin alınması proseslərində maksimum rahatlığın və məmnunluğun təmin olunması üçün həyata keçirilmiş tədbirlər haqqında məlumat verib.

Çıxışının sonunda Vüsal Hüseynov tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

ATİB-in İdarə heyətinin sədri Cemal Yangın Azərbaycanda iş adamlarına yaradılan şəraitdən razılığını bildirib. Ölkəmizin iqtisadi, sosial, mədəni inkişafına dəstək olmaqla yanaşı, qarşılıqlı iqtisadi əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyini bildirib.

Tədbirdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da iştirak edib.

Naharda maraq doğuran bir çox məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Sonda xatirə şəkli çəkilib.


Femida.az

Açar sözlər:

Oxunub: 637