Gürcüstanda məhbusların əfv edilməsi ilə bağlı yeni qaydalar hazırlanıb


09:46     27 Noyabr 2019 2019/11/hebs-gurcustan_1574833648.png

Gürcüstanda məhbusların əfv edilməsi ilə bağlı yeni qaydalar hazırlanıb.


Femida.az xəbər verir ki, bu barədə Gürcüstanın Prezident Administrasiyası məlumat yayıb.

Məlumatda deyilir ki, yeni qaydalara əsasən ağır və xüsusi ağır cinayətlər törətmiş məhkumların əfv olunması üçün yeni kriteriyalar müəyyən olunub. Eyni zamanda, nisbətən ağır cinayətlər törətmiş şəxslərin ittiham qərarlarına baxılması şərtləri sadələşdirilib.

Yeni qaydaların hazırlanması məqsədilə dövlət qurumları və ekspertlərlə məsləhətləşmələr aparılıb. 2021-ci ilin yanvarın 1-dən isə Prezident Administrasiyasında əfvlə bağlı xüsusi elektron kargüzarlıq proqramı təqdim olunacaq.

Dövlət başçısı əfvetmə prosesində ayrı-ayrı hallarda öz səlahiyyətindən istifadə edə biləcək.

Əfvlə bağlı yekun qərar qəbul edilənə qədər prezident müvafiq dövlət idarələri və ekspertlərlə hər bir konkret iş üzrə məsləhətləşəcək.

Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili bu ilin sentyabrın 18-də əfvə moratorium qoyub.

Buna, sonuncu əfv fərmanı ilə xüsusilə ağır cinayət törətmiş və polis əməkdaşını qətlə yetirmiş şəxsin azadlığa çıxması olub.

Ekspertlər və bəzi iqtidar və müxalifət nümayəndələri ağır cinayətlər törətmiş şəxslərin əfv edilməsini cəmiyyətdə düzgün anlaşılmadığını iddia ediblər.

Femida.az

Açar sözlər: #Həbs   #Hakim   #Gürcüstan  

Oxunub: 494