İnzibati xəta baş veribsə, polis məmuru güc tətbiq edə bilərmi? — Hüquqi yardım


09:58     27 Noyabr 2019 2019/11/polis-foto_1574834448.jpeg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.


Bu dəfə təqdim etdiyimiz mövzu inzibati xəta zamanı polis məmurunun gücdən istifadə etməsi qaydaları barədədir. Polisin hərəkəti fiziki qüvvədir, yoxsa, zor tətbiq etmə?

Bəzən polisin qanuni hərəkətlərini məqsədli şəkildə zorakılıq və zor tətbiq etmə halı kimi təqdim edilir. Bu yanaşma kökündən yalnışdır.





Mövzu ilə bağlı Femida.az-a açıqlama verən vəkil Sadiq Əfəndiyev bildirib ki, ümumiyyətlə zor tətbiqi anlayışı hüquqda qanunsuz hərəkətləri ifadə edən bir anlayışdır. Törətdiyi əməlin xarakterindən asılı olmayaraq heç bir halda polis əməkdaşı vətəndaşa zor tətbiq edə bilməz. Polis əməkdaşı yalnız qanunla müəyyən edilmiş hallarda fiziki qüvvə tətbiq edə bilər ki, bu cür fiziki qüvvə qanunamüvafiq formada tətbiq edilmişdirsə, zorakılıq hərəkəti sayılmır.
Söhbət inzibati xətadan gedirsə, həmin xətanı törədən şəxs qanunla müəyyən edilmiş qaydada tutulduqda və inzibati xətanı güc işlətməklə törətdikdə onun barəsində polis əməkdaşı tərəfindən fiziki qüvvə tətbiq edilə bilər.

Polis fiziki qüvvəni nə zaman tətbiq edə bilər?

Vəkilin sözlərinə görə, qanunun tələbinə görə insana qarşı fiziki qüvvə yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir vasitələrindən istifadə lazımi nəticə vermədikdə, hüquqpozmanın ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq edilməlidir.


Hazırladı: Miri Məcidli
Femida.az


Açar sözlər: #polis   #qanun   #vəkil   #hüquqşünas   #Sadiq_Əfəndiyev   #məhkəmə  

Oxunub: 3657